Nicat Qurbanovlu “Samtrediya”dan inamlı qələbə

Futbol üzrə Gürcüstan çempionatında 15-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Merani” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Nicat da bu görüşün iştirakçısı olub. Cari mövsümdə 4 qola imza atan Qurbanov bu oyunun 46-cı dəqiqəsində meydana buraxılsa da, fərqlənə bilməyib.

15 turdan sonra hesabında 19 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.