Neymarın bacısına görə qalmaqal FOTOLAR

PSJ-nin futbolçusu Neymarın atası Neymar Santos, Braziliyada gündəm olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Santos, qızından ayrılan “İnter”in futbolçusu Qabriel Barbosa ilə qalmaqal yaşayıb.

Neymarın atası, qızı Rafaellanı tərk edən braziliyalı hücumçunu vurmağa cəhd edib. Ancaq təhlükəsizlik işçilərinin müdaxiləsiylə Santos sakitləşdirilib.

Qabriel ilə Rafaella iki il əvvəl münasibətdə olduqlarını açıqlamışdılar. Cütlük ötən il ayrılsa da, hələ də gizli münasibətlərinin olduğu iddia olunur.