“Neymarı itirməkdən qorxmuram” – Tuxel

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Real”la heç-heçə edən (2:2) PSJ-nin baş məşqçisi Tomas Tuxel açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis, oyunla bağlı bunları deyib:

“Real” uzun müddət ərzində ən yaxşı oyununu göstərdi. Kifayət qədər sürətli oynamadıq, güvənimiz yox idi. “Real” bu oyunda Çempionlar Liqasını ardıcıl üç dəfə qazanmış komanda olduğunu göstərdi. Biz də əzmkarlıq göstərdik və bir xal qazandıq”.

Alman mütəxəssis, Neymarla bağlı da danışıb:

“Onu ehtiyatda saxlamaqdan qorxmuram. Neymarla danışmışam, zədə səbəbiylə altı həftə oynamayıb. Buna görə də, onun sağlamlığını riskə ata bilməzdik. Bu qərarı həm də onun üçün verdik. Belə qərara görə, Neymarı itirməkdən qorxmuram. Bu oyunun çətin keçəcəyini, müdafiəyə xüsusi diqqət edəcəyimizi bilirdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button