Neymardan etiraz: “Bu, rüsvayçılıqdır”

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Mançester Yunayted”ə 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran PSJ-nin hücumçusu Neymar, oyundan sonra açıqlama yayıb.

Komanda.az xəbər verir ki, sosial şəbəkə hesabından matçla bağlı paylaşım edən braziliyalı futbolçu, 90+2-ci dəqiqədə Paris təmsilçisinin qapısına təyin olunan penaltiyə etiraz edib:

“Bu, rüsvayçılıqdır. Hələ də, meydana heç bir şey bilməyən 4 adam qoyurlar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button