Neymar “Mançester Yunayted”ə qarşı oynayacaq? – Açıqladılar

Fransa Liqa 1-in 22-ci turunda keçirilən PSJ – “Renn” matçında Paris təmsilçisinin hücumçusu Neymarın zədələndiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Neymarın 10 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Braziliyalı futbolçu PSJ-nin Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”ə qarşı keçirəcəyi oyunlarda iştirak etməyəcək.

PSJ “Mançester Yunayted”lə fevralın 12-də səfərdə, martın 6-da isə öz meydanında qarşılaşacaq.