Neymar: Mənə inana bilərsiz

PSJ-nin futbolçusu Neymar, “Real”a transfer olacağı iddialarıyla bağlı danışıb.

Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan Neymar, haqqında çıxan xəbərlərin yalan olduğunu deyib:

“Hazırda dəqiq məlumatım yoxdur, ancaq mənimlə bağlı həmişə yalan xəbərlər çıxır. Dəqiq bir şey olacağı təqdirdə, bunu deyəcəm. Mənə inana bilərsiz”.

İspaniya mətbuatı “Real”ın mövsümün sonunda Neymarı transfer edəcəyini iddia edir.

PSJ ilə 2022-ci ilə qədər müqaviləsi olan braziliyalı futbolçu, cari mövsümdə 22 oyunda iştirak edərək, 22 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button