Neymar: “Evimə qayıtmaq istəyirəm”

PSJ-nin futbolçusu Neymar “Barselona”ya qayıtmaq niyyətindədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Neymar Paris klubunun prezidenti Nasser Əl-Xələfi ilə söhbəti zamanı deyib:

“Artıq burda oynamaq istəmirəm, evimə qayıtmaq istəyirəm. Hansı ki, ordan heç vaxt ayrılmalı deyildim”.

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button