“Neymar dünyanın ən yaxşı beş futbolçusundan biridir” – Xavi

“Barselona”nın sabiq futbolçusu, hazırda Qətərin “Əl-Sədd” komandasını çalışdıran Xavi PSJ-nin hücumçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Xavi, Neymarın “Barselona”ya mümkün qayıdışı haqqında danışıb:

“Niyə də olmasın?! İdman prinsipləri baxımından bunun mümkün olduğuna şübhəm yoxdur. Neymar mükəmməl insandır. “Barselona”da peşəkar şəkildə çıxış etdi və qayıdacağı halda yenə komandada dəyişiklik yaradacağına əminəm. Bəzi sosial problemlər də var, amma bunlar haqqında danışımaq istəmirəm. Neymar dünyanın ən yaxşı beş futbolçusundan biridir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button