Neymar Premyer Liqada oynaya bilər

“Çelsi” PSJ-nin hücumçusu Neymarı transfer etməkdə maraqlıdır.

Komanda.az “Daily Star”-a istinadən xəbər verir ki, “Çelsi” hücumçusu Romelu Lukakunun “İnter”ə (icarəyə) getdiyini tezliklə elan etməyə hazırlaşır ki, bu da 30 yaşlı braziliyalının “Çelsi”yə qoşulması üçün imkandır.

2017-ci ildə PSJ Neymar üçün “Barselona”ya 222 milyon avro ödəyib. Bu transfer dünya futbolu üçün hələ də rekord sayılır.

Neymarın “Barselona”ya təklif edildiyi də deyilir.

Bizi Telegramda izləyin