“Neymar bəlkə də, dünyanın ən yaxşı ikinci futbolçusudur”

Fransanın “Monako” klubunun baş məşqçisi Roberto Moreno PSJ-nin hücumçuları Neymar və Kilian Mbappe ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis, Neymarla Mbappeni müqayisə edib:

“Mbappe hər vəziyyətdə qol vura biləcək bir futbolçudur, amma Neymar sizə daha çoxunu vəd edir. Neymar bəlkə də, dünyanın ən yaxşı ikinci futbolçusudur.

Neymar digər futbolçuları da oynamağa məcbur edir. O, Lionel Messi kimidir, qol vurur, komanda üçün oynayır. Səviyyə baxımından Messiyə yaxın bir futbolçu varsa, bu, Neymardır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button