“Neymar əvəzedilməz futbolçudur” – Millinin baş məşqçisi

Beynəlxalq yoxlama matçları çərçivəsində Kolumbiya yığması ilə qarşılaşacaq Braziliya millisinin baş məşqçisi Tite Neymarla bağlı açıqlama verib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis, PSJ-nin Liqa 1-də keçirdiyi ilk 4 turdakı oyunlarında iştirak etməyən hücumçu ilə bağlı bunları deyib:

“Onun bir müddətdir oynamaması məni narahat edir, amma ümid edirəm ki, bu məsələ tezliklə həll olunacaq. Bu, mənimlə bağlı məsələ deyil. Buna görə də, heç nə edə bilmirəm. Bütün bunlara baxmayaraq, o, oynamağa hazırdır. Onun kimi bir futbolçunu əldən buraxa bilmərik. Neymar əvəzedilməz futbolçudur. Hazırda komandanın fərdi bacarıqları olan futbolçuya ehtiyacı var”.

Mütəxəssis, Neymarı digər futbolçularla da müqayisə edib:

“Kriştiano Ronaldo və Lionel Messi futbolda zirvədədirlər. Onlar tamamilə fərqlidirlər. Neymar və Eden Hazard isə mükəmməl futbolçudurlar. Xüsusilə də, Neymarı dayandırmaq mümkün deyil”.

Neymar “Barselona”ya transferi gündəmdə olduğu üçün Liqa 1-in ilk turlarında iştirak etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button