Nepaldan “Turan Tovuz”a

“Turan Tovuz” heyətinə daha bir futbolçu cəlb edib.

Komanda.az Tovuz klubunun mətbuat xidmətinə istinadən xəvər verir ki, müdafiəçi Sadiq Quliyev bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq.

Son olaraq Nepal təmsilçisi “Maçhindra”nın heyətində çıxış edən müdafiəçi ilə bir illik müqavilə bağlanıb. O, ölkəmizdə “Qəbələ” və “Zirə”nin də formasını geyinib.

“Turan Tovuz” “Sabah”dan Nazim Həsənzadəni də icarəyə götürüb. Yarımmüdafiəçi icarə əsasında 1 mövsüm bu komandanın şərəfini qoruyacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button