“Neftçi”yə qarşı oynamaq bizim üçün çətin olacaq” – “Bney Yehuda”nın baş məşqçisi

“Bney Yehuda” (İsrail) klubunun baş məşqçisi Yossi Abukasis Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaqları oyunlar haqda fikirlərini bildirib.

Komanda.az İsrail mətbuatına istinadən xəbər verir ki, Abukasis, “Neftçi”nin güclü komanda olduğunu deyib:

“Neftçi”nin Tula “Arsenal”ına qarşı oyununda idim. Onlar yüksək keyfiyyətli legionerlərə sahib güclü komandadır. “Neftçi”yə qarşı oynamaq bizim üçün çətin olacaq. Yaxşı nəticə əldə etmək etmək üçün nəyə qadir olduğumuzu göstərməliyik”.

“Neftçi” – “Bney Yehuda” matçı avqustun 8-də, 8-ci km stadionunda, cavab görüşü isə avqustun 15-də, Təl-Əvivdə keçiriləcək. Hər iki oyun saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button