“Neftçi”yə qələbə üçün bir qol bəs etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının lideri “Neftçi” qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu öz bazasında 1-ci divizion təmsilçisi “Kəpəz”lə qarşılaşıb.

Matç “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 78-ci dəqiqədə çempionatın bombardiri Namiq Ələsgərov vurub.

Qeyd edək ki, bu, qış fasiləsində Azərbaycan klublarının ifasında ilk yoxlama oyunu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button