“Neftçi”yə qarşı yaxşı oyun göstərmək bizim üçün vacibdi”

Moldovanın “Speranta” klubunun futbolçusu İon Arabaci Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, bunları söyləyib:

“Oyuna ciddi hazırlaşmışıq. Avrokubokda debüt edəcəyik. Bizim üçün yaxşı oyun göstərmək vacibdi. Amma nəticə də çox önəmlidi. İlk dəfə belə turnirdə oynayacağıq. Məşqçi heyətimiz bizə “Neftçi” barədə yetərincə məlumat verib. Texnikalı komandadı. Yaxşı oyun göstərərək azarkeşlərimizi sevindirmək istəyirik”. (Report)