“Neftçi”nin ilk yoxlama oyununun başlama vaxtı açıqlandı

“Neftçi”nin təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində keçirəcəyi ilk yoxlama matçının məkanı və başlanma saatı müəyyənləşib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Sloveniyanın “Olimpiya” klubu ilə görüş sabah, “Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyun “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq.

Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan “Neftçi” toplanış çərçivəsində daha iki yoxlama oyunu keçirəcək. İyunun 25-də keçiriləcək görüşdəki rəqib hələ ki, müəyyənləşməyib. Sonuncu sınaq matçı isə ayın 29-da Moskva “Spartak”ına qarşı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button