“Neftçi” “Vorskla”ya uduzdu

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb.

İlk sınaq matçında “SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gələn “Neftçi”nin Rumıniyanın “Politexnika İaşi” klubu ilə oyunu güclü duman səbəbindən yarımçıq qalmışdı. “Vorskla” ilə görüş isə “ağ-qaralar”ın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ukraynalılar oyunda qələbə qolunu 90+2-ci dəqiqədə, penaltidən vurublar.

Paytaxt təmsilçisi iyulun 1-də Türkiyə toplanışını başa vuraraq, vətənə qayıdacaq.

Neftçi: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 47.Əsgər Hüseynov, 80.İsmayıl Zülfüqarlı, 85.Şöhrət Yusifov.

Yoxlama oyunu

30 iyun

Neftçi – Vorskla (Ukrayna) 2:3

Qol: Vanqelis Platellas, 29. Dario Frederiko , 33.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button