“Neftçi”nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinin sədr müavini Orxan Hüseynzadə növbəti təyinatını alıb.

Komanda.az xəbər verir ki, UEFA “Neftçi”nin sabiq prezidentini Avropa Liqasının qrup mərhələsi oyununa təyin edib.

Hüseynzadə “Partizan”la “Alkmar” arasında Belqradda baş tutacaq qarşılaşmada iş başında olacaq. İtaliyalı Marko Quidanın idarə edəcəyi görüşdə həmyerlimiz UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

Qeyd edək ki, “Partizan” – “Alkmar” oyunu sentyabrın 19-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button