“Neftçi”nin sabiq hücumçusu Misir klubuna keçdi

“Neftçi”nin sabiq futbolçusu Kvame Karikari özünə yeni klub tapıb.

Komanda.az xəbər verir ki, qanalı hücumçu bundan sonra karyerasını Misirdə davam etdirəcək.

O, sözügedən ölkənin ENPPI komandasına keçib. Klubun yaydığı məlumata əsasən, 29 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2018/19 mövsümünün birinci yarısını “Neftçi”də keçirmiş Kvame Karikari flaqmanın heyətində 10 oyuna 2 qol vurub.