Qazı açıb, siqareti yandırıb, özünü partlatmaq istəyib – “Neftçi”nin keçmiş futbolçusu

“Neftçi”nin keçmiş futbolçusu Vyaçeslav Semiqlazov 1971-ci ildə Rostov-Don şəhərində SKA-ya1:3 hesabı ilə uduzduqları SSRİ çempionatının 20-ci tur oyunundan sonra intihara cəhd edib.

Komanda.az xəbər verir ki, bu barədə “Neftçi”nin keçmiş hücumçusu Vitali Şevçenko “Sport-Express” nəşrinə danışıb. Onun sözlərinə görə, buna Semiqlazovun həmin oyunda baş verən insident üzündən diskvalifikasiya alması səbəb olub:

“O, uzunmüddətli cəzasını yenicə başa vurmuşdu. Buna görə də, qərar futbolçuya pis təsir etmişdi. Spirtli içki qəbul etdikdən sonra qazı açıb. Ardınca isə siqarəti yandıraraq, özünü partlatmaq istəyib. Xoşbəxtlikdən faciənin qarşısı vaxtında alındı və onu xilas etdilər”.

Semiqlazov 1960-1961 və 1965-1972-ci illərdə “Neftçi”nin formasını geyinib.

SKA – “Neftçi” oyununda hakimlər qonaqların əleyhinə bir neçə mübahisəli qərar qəbul ediblər. Meydan sahiblərinin ofsayddan vurduğu ikinci qoldan sonra Bakı klubunun qapıçısı Sergey Kramarenko referini vurub və meydandan qovulub. Daha sonra insidentə “Neftçi”nin digər futbolçuları qarışıblar. Nəticədə, Semiqlazovla yanaşı, daha bir neçə oyunçu diskvalifikasiya olunub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button