“Neftçi”nin sabiq futbolçusu saxlanıldı – üzərindən marixuana çıxdı

“Neftçi”nin sabiq futbolçusu Fransisko Xavyer Qarsiya saxlanılıb.

Komanda.az xəbər verir ki, “Qato” ləqəbli 29 yaşlı yarımmüdafiəçi vətəni Paraqvayda saxlanılıb. Bu barədə jurnalist İvan Leqizamon özünün “tvitter” hesabında məlumat yayıb.

İvan, Qarsiyanın sərxoş vəziyyətdə saxlanıldığını və üzərindən 140 qram marixuana aşkarlandığını bildirib. Yarımmüdafiəçi polisə izahatında yatmaq üçün narkotik maddədən istifadə etdiyini deyib. Qarsiya hazırda polis bölməsində saxlanılır.

Qarsiya 2018-ci ildə “Neftçi”də çıxış edib. Yarımmüdafiəçi “ağ-qaralar”la 11 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button