İtaliya klubu Bordinlə maraqlanır

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin İtaliya klubunda çalışa bilər.

Komanda.az xəbər verir ki, 55 yaşlı mütəxəssis B Seriyası təmsilçisi “Askoli”də baş məşqçi postuna namizədlər arasındadır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Askoli”də Bordinlə yanaşı, Federiko Koppitelli və Massimo Rastelli də namizədlər arasında yer alıb.

Bordin 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına qədər “Neftçi”də baş məşqçilik edib. İtalyan mütəxəssis Bakı klubundan ayrıldıqdan sonra hələ də işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button