“Neftçi”nin rəqibi “Spartak”ın futbolçusu ilə gücləndi

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Rusiyanın “Arsenal” klubu növbəti transferini həyata keçirib.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tula təmsilçisi “Spartak”ın (Moskva) yarımmüdafiəçisi Aleksandr Lomovitskini icarə əsasında heyətinə qatıb. Futbolçu növbəti mövsümü icarə əsasında “Arsenal”da keçirəcək. Tula klubu 21 yaşlı futbolçunu birdəfəlik tramsfer etmək hüququna sahib deyil.

“Arsenal”la “Neftçi” arasında səfərdə keçirilən ilk oyunda “ağ-qaralar” minimal hesablı qələbə qazanıblar. Komandalar arasında cavab matçı avqustun 1-də, Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button