“Neftçi”nin rəqibi 1/4 finalda

Futbol üzrə Moldova Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan “Speranta” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv aşağı liqadan olan adaşı – Drokiya “Speranta”sı ilə üz-üzə gəlib. İlk oyunda rəqibini 6:1 hesabıyla darmadağın edən elita təmsilçisi bu dəfə də 3 cavabsız qola sevinib və növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, “Neftçi” ilə “Speranta” arasında ilk oyun iyulun 11-də Moldovada keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab matçı isə bir həftə sonra Bakıda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button