“Neftçi”nin rəqibindən darmadağın

“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Kiprin “Aris” komandası yeni mövsümə hazırlıq çərçvəsində ilk yoxlama matçına çıxıb.

Komanda.az xəbər verir ki, Limassol təmsilçisi Latviyada yerli “Riqa” ilə qarşılaşıb.

“Neftçi”nin rəqibi bu oyunda 4:0 hesablı qələbəyə sevinib.

“Neftçi”nin “Aris”lə ilk oyunu iyulun 21-də Limassolda, cavab görüşü isə ayın 28-də Bakıda baş tutacaq.