“Neftçi”nin rəqibindən çətin qələbə

Futbol üzrə Rusiya Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Tula “Arsenal”ı da bu gün növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Krıyla Sovetov”la üz-üzə gəlib. Beş qolun qeydə alındığı qarşılaşma “Neftçi”nin rəqibinin qələbəsiylə başa çatıb – 3:2.

“Arsenal” bu qələbədən sonra xalını 4-ə çatdırıb və birinci pilləyə yüksəlib.

“Neftçi” “Arsenal”a qarşı ilk oyununu iyulun 25-də Tulada keçirəcək. Komandalar arasındakı cavab matçı isə avqustun 1-də Bakıda baş tutacaq.