“Neftçi”nin rəqibində ayrılıq

“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Arsenal”da ayrılıq yaşanıb.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, icarə əsasında Tula təmsilçisində çıxış edən Rezuan Mirzov klubla yollarını ayırıb. 26 yaşlı hücumçunu komandada saxlamağa çalışan “Arsenal”, futbolçu ilə ilkin razılıq əldə etsə də, Mirzov son anda fikrini dəyişərək, “Spartak”la müqavilə imzalayıb.

Rusiya millisinin üzvü son mövsümü “Arsenal”da keçirmişdi.

“Arsenal”la “Neftçi” arasında ilk oyun iyulun 25-də, saat 21:00-da Rusiyada keçiriləcək. Cavab matçı isə avqustun 1-də olacaq.