“İnanıram ki, daha da istəklə və əzmkarlıqla buna nail ola bilərik” – Buludov

“Neftçi”nin müdafiəçisi Ömər Buludov “Qəbələ” üzərində qələbədən (4:1) sonra klubun rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, yenidən start heyətində yer almağının sevincini gizlətməyən gənc futbolçu, vurduğu qoldan da danışıb:

“Yenidən start heyətində yer aldığıma görə çox xoşbəxtəm. Məncə, ilk hissədə qol vurmağıma baxmayaraq, fasilədən sonra daha yaxşı oynadım. Uzaq küncü görüb dəqiq nişan aldım və qol sevincimi İsmayılla bölüşdüm.

Qalib gəlib yenidən ikinci pilləyə yüksəldiyimizə görə şadam. Məqsədimiz qarşıdakı oyunlarda maksimum xal toplamaqdır. İnanıram ki, daha da istəklə və əzmkarlıqla buna nail ola bilərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button