“Neftçi”nin məşqçisi koronavirusa yoluxub

“Neftçi” klubunda daha bir nəfər koronavirusa yoluxub.

Komanda.az kluba istinadən xəbər verir ki, “ağ-qaralar”ın qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyevdə də koronavirus aşkarlanıb. Onun son test nəticəsi pozitiv olub. Komanda bu gün növbəti dəfə testdən keçəcək.

Ötən gün məşqə çıxmayan qapıçı Kamran İbrahimov və yarımmüdafiəçi Sabir Buqrin isə hazırda özlərini yaxşı hiss edir.

Daha əvvəl “Neftçi”nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mbodj və Voyislav Stankoviç, həmçinin yarımmüdafiəçi Fəhmin Muradbəylinin testi müsbət çıxıb.

“Neftçi” Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də, səfərdə “Sabah”a qarşı keçirəcək.