“Neftçi”nin legioneri “Zirə”yə qarşı oynamayacaq

“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə oyuna hazırlığı başa vurub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bir günlük fasilədən sonra oktyabrın 20-də hazırlığı bərpa edən “ağ-qaralar” bu gün son məşqə çıxıb.

“Qəbələ” ilə yoxlama görüşündə (1:1) zədələnən Xorxe Korreadan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Oktyabrın 23-də 8-ci km stadionunda baş tutacaq “Neftçi” – “Zirə” matçına saat 18:15-də start veriləcək.