“Neftçi”nin legioneri millidə qol vurdu – VİDEO

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya milli komandasında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində baş tutan Namibiya ilə görüşün iştirakçısı olub.

Mamadu Kane start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının bu oyundakı yeganə qolunu da “Neftçi”nin futbolçusu vurub. O, 17-ci dəqiqədə fərqlənməklə matçda hesabı açıb. Amma qalan dəqiqələrdə iki qol buraxan Qvineya yığması sonda meydanı məğlubiyyətlə tərk edib – 1:2.

Qeyd edək ki, bu, Kanenin Qvineya milli komandasının heyətində vurduğu ilk qoldur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button