“Neftci”nin keçmiş vitse-prezidenti: “Qorxaqlar yığını…”

“Neftçi” Premyer Liqanın son turunun oyunundan sonra keçiriləcək mükafatlandırma mərasiminin fərqli məkanda təşkil olunması üçün Peşəkar Futbol Liqasına müraciət edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun rəhbərliyi “Qarabağ”ın 8-ci km stadionunda çempionluğu bayram etməsini həzm edə bilmir. Qarşılaşmanın yerinin dəyişdirilməsi, mükafatlandırmanın “Dalğa Arena”da keçirilməsi üçün məhz bu səbəbdən danışıqlar aparılıb. Amma bu danışıqlar uğursuz nəticələnib. Belə ki, “Neftçi”nin yerdəyişmə üçün ortaya qoyduğu əsaslar yetərsiz sayılıb.

“Ağ-qaralar”ın bu cəhdləri isə futbol ictimaiyyətinin əksər nümayəndələri kimi, klubun sabiq vitse-prezidenti Tahir Süleymanov tərəfindən də sərt tənqidə məruz qalıb. O, sosial şəbəkə hesabında belə bir açıqlama yayıb:

“Neftçi” böyük klubdur!

Tarixi klub heç erməni bayraqları dalğalanan, azğınlaşmış azarkeşlərlə dolu stadiondan qaçmayıb, düşmənlərlə bir olan rəqibi meydanda məhv edib. Ermənilər diz çöküb “Neftçi” qarşısında, oyuna çıxmaqdan qorxub qaçıb…

“Neftçi” kimi böyük klubu özləri kimi kiçiltmək istəyirlər…

“Neftçi” böyüklüyü heç vaxt kiçilməz!

Heç olmasa cürətiniz çatsın, istefanızı verin, əlli-ayaqlı özünüz qaçın, yox olun!

“Neftçi” sizin üçün oyuncaq deyil, ora-bura qaçırdasız…

Qorxaqlar yığını…”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button