“Neftçi”nin kapitanı koronavirusa yoluxdu

“Neftçi” klubunun kapitanı Emin Mahmudov koronavirusa yoluxub.

Komanda.az-ın əldə etdiyi məlumata görə, futbolçunun son koronavirus testi pozitiv olub. Mahmudov karantinə alınıb.

“Neftçi” Azərbaycan Premyer Liqasının növbəti turunda “Qəbələ”ylə qarşılaşacaq. “Qəbələ” – “Neftçi” oyunu noyabrın 22-də, saat 14:00-da başlayacaq.