“Ümid edirəm ki, daha çox oynamaq şansı qazanacam” – “Neftçi”nin hücumçusu

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov klubun rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, “Zirə”nin qapısından qələbə topunu keçirməklə bu mövsüm ilk qolunu vuran futbolçu sevincini gizlətməyib:

“Qol vurub, komandamızın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Çox ağır oyun alındı. Həm bizim, həm də rəqibin qol epizodları oldu. Sevinirəm ki, sonda vacib üç xalı “Neftçi” qazandı”.

“Necə düşünürsən, bu qoldan sonra start heyətində tez-tez yer ala biləcəksənmi” sualına Abbasovun cavabı belə olub:

“Ümid edirəm ki, daha çox oynamaq şansı qazanacam. Bunun üçün özümü yaxşı tərəfdən göstərməyə çalışacam. Amma bu, məşqçinin qərarıdır və mən onun seçiminə hörmətlə yanaşıram”.