“Neftçi”nin hər iki oyunu canlı yayımda

“Neftçi”nin UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Rusiyanın “Arsenal” klubu ilə keçirəcəyi hər iki oyun canlı yayımlanacaq.

Komanda.az “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 25-də “Arsenal” mərkəzi stadionunda, avqustun 1-də isə 8-ci km stadionunda keçiriləcək görüşləri “CBC Sport” telekanalı canlı yayımlayacaq.

“Neftçi” ilə “Arsenal” arasındakı hər iki oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button