“Neftçi”nin futbolçusu “Turan Tovuz”da – Rəsmi

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Turan Tovuz” heyətinə daha bir oyunçu qatıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçsi “Neftçi”dən Turan Vəlizadəni icarəyə götürüb. Onunla bir illik müqavilə imzalanıb.

“Neftçi”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında “Şamaxı”da keçirib.

“Turan Tovuz” daha əvvəl Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Şakir Seyidov və Veysəl Rzayevi heyətinə cəlb edib.

Bizi Telegramda izləyin