“Neftçi”nin futbolçusu “Rapid”lə oyunda sıradan çıxdı

“Neftçi”nin müdafiəçisi Azər Salahlı zədələnib.

Komanda.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Avstriyada “Rapid”ə qarşı keçirdikləri cavab oyununda sıradan çıxıb.

Salahlının əvəzində 20-ci dəqiqədə meydana Mert Çelik daxil olub.

Hələlik bu görüşdə hesab açılmayıb. Bakıdakı ilk matçda “Neftçi” 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button