“Neftçi”nin futbolçusu Qvineya millisində

“Neftçi” PFK-nın yarımmüdafiəçisi Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının düşərgəsinə qoşulub.

Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu iyunun 6-dək yığmanın təlim-məşq toplanışında iştirak edəcək.

Qeyd edək ki, Mamadu Kane son mövsümün ikinci yarısından etibarən “Neftçi”nin heyətində 9 oyun keçirib.