“Neftçi”nin futbolçusu Mərakeşə qarşı 90 dəqiqə oynadı

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya milli komandasının heyətində növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, o, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Mərakeşlə qarşılaşmanın iştirakçısı olub.

Qvineya yığması doğma meydanda qarşılaşdığı bu rəqiblə oyundan 0:3 hesablı məğlubiyyətlə ayrılıb. “Neftçi”nin futbolçusu bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Qvineya millisi bu nəticədən sonra öz qrupunda 4 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button