“Neftçi”nin futbolçusu Kipr klubunun hədəfində

“Neftçi”nin yarımmüdafiəçisi Dario Federiko qış fasiləsində paytaxt klubu ilə yollarını ayıra bilər.

Komanda.az Kipr mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Apollon”un maraq dairəsindədir. Kipr təmsilçisinin futbolçu üçün “ağ-qaralar”a təklif göndərəcəyi və uyğun təklif müqabilində “Neftçi” ilə razılaşa biləcəyi deyilir. Tərəflər arasında razılıq əldə olunsa, “Apollon” braziliyalı futbolçunun keçidini qış transfer pəncərəsi dövründə rəsmiləşdirəcək.

2015-2017-ci illərdə “Kəpəz”in şərəfini qoruyan Dario, 2018-ci ildə yenidən Gəncə təmsilçisinə qayıtmışdı. Burda 13 matç keçirdikdən sonra “Neftçi”yə keçən futbolçu, son mövsümün ikinci yarısını “Daequ” klubunda keçirib. Federiko bu ilin iyulundan yenidən “Neftçi”nin uğurları üçün çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button