“Neftçi”nin futbolçusu əməliyyat olundu

“Neftçi”nin qapıçısı Səlahət Ağayev dirsək oynağından əməliyyat olunub.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki özəl klinikalardan birində aparılmış əməliyyat uğurlu alınıb. Həkimlərin rəyinə görə, gələn həftədən bərpa məşqlərinə başlayacaq futbolçunun üç həftədən sonra topla hazırlığa start verəcəyi planlaşdırılır.

Səlahət Ağayev əməliyyatla bağlı fikirlərini bildirib:

“Əməliyyat üç saat çəkdi və çox yaxşı keçdi. Dünənlə müqayisədə bu gün özümü daha yaxşı hiss edirəm. Sabah növbəti həkim müayinəsindən sonra Bakıya qayıdıb, bərpa məşqlərinə başlayacam”.

2017/2018-ci illər mövsümündən etibarən “Neftçi”nin heyətində 67 oyunda meydana çıxan Ağayev, bu mövsüm heç bir oyunda forma geyinməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button