“Neftçi”nin rəqibi yeni transferlərə hazırlaşır

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şkupi” heyətini yeni futbolçularla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Şimali Makedoniya təmsilçisi “Vardar” klubundan Vladika Bradarovski, Ali Adem və Daniel Avramovskini transfer etmək niyyətindədir. Bu barədə “Ekipa” nəşri məlumat yayıb. “Şkupi”nin idman direktoru Omer Bunyaku da futbolçularla danışıqların davam etdiyini bildirib.

20 yaşlı Ali Adem Şimali Makedoniyanın ən istedadlı futbolçularından biri sayılır. Avramovski isə legioner həyatı yaşamaq istədiyi üçün onun “Şkupi”yə keçidi real görünmür.

“Neftçi” “Şkupi” ilə avqustun 27-də 8-ci km stadionunda qarşılaşacaq. Görüş saat 20:00-da start götürəcək.