“Neftçi”nin 2-ci rəqibi də bilindi

“Neftçi”nin Türkiyə toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha biri müəyyənləşib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” iyunun 20-də “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Rusiyanın “SKA-Xabarovsk” klubu ilə qarşılaşacaq.

Türkiyədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi”nin iyunun 30-dakı rəqibi Ukraynanın “Vorskla” (Poltava) klubu olacaq. İyunun 25-də keçiriləcək ikinci sınaq matçındakı rəqib hələ bilinmir.