“Neftçi”də koronavirus testinin nəticələri açıqlandı

“Neftçi”nin əsas və əvəzedici komandalarında son koronavirus testinin nəticələrinə görə 9 futbolçuda koronavirus aşkarlanıb.

Komanda.az klubun televiziyasına istinadən xəbər verir ki, bunlar Mamadu Mbodj, Kamran İbrahimov, Anton Krivotsyuk, Voislav Stankoviç, Sabir Buqrin, Mərt Çelik, Fəhmin Muradbəyli, Fərid Əsgərov və Vüqar Həsənovdur. Bundan əlavə, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov, həmçinin onun köməkçiləri Qədir Həsənov və Vəfadar Quliyevin də test nəticəsi müsbət çıxıb. Qapıçılarla iş üzrə məşqçi Etibar Tarıverdiyevin koronavirus testi isə neqativdir.

Premyer Liqanın 12-ci turu çərçivəsində dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” matçı hər iki komandanın 7-dən çox üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button