“Neftçi”ni cəza gözləyir

“Neftçi” Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Bney Yehuda”nı qəbul edib.

Komanda.az xəbər verir ki, oyunun son dəqiqələri kifayət qədər gərgin və aqressiv alınıb.

Buna isə rəqib komandanın futbolçularının vaxtı uzatmaq üçün müxtəlif vasitələrə əl atması səbəb olub.

Bu isə “Neftçi” azarkeşlərinin böyük etirazına səbəb olub. Hətta 85-ci dəqiqədə yerli fanatlar rəqib komandanın futbolçularının bu hərəkətlərinə və baş hakimin də bunlara göz yummasına etiraz olaraq meydana su butulkaları atıblar. Həmin hadisələr zamanı meydana da azarkeş çıxıb.

Böyük ehtimalla baş verənlərə görə UEFA “Neftçi”ni müəyyən məbləğdə cərimə edəcək.

“Neftçi” – “Bney Yehuda” matçı 2:2 hesabıyla başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button