“Olimpiakos” bir sevgi hekayəsidir” – Mamadu Kane

“Neftçi”dən Yunanıstanın “Olimpiakos” klubuna transfer olunan Mamadu Kane açıqlama verib.

Komanda.az xəbər verir ki, Pirey təmsilçisinin mətbuat xidmətinə danışan Kane, keçidi haqda bunları deyib:

“Olimpiakos”la ilk oyunda hər şey çox xoşuma gəlmişdi. Çox gözəl atmosfer var idi. Azarkeşlərin yaratdığı bu atmosfer məni motivasiya etmişdi.

Müdafiəyə meyilli olanda özümü daha yaxşı hiss edirəm. Amma mənə hara deyilsə, orda da oynayacam, bacardıqlarımı etməyə çalışacam. Komandaya kömək etmək üçün buraya gəlmişəm.

“Olimpiakos” bir sevgi hekayəsidir. Bu klubu ilk andan çox sevirdim. Arzum bu komanda ilə kuboklar və titullar qazanmaqdır. Artıq mən də bu ailənin bir üzvüyəm. Azarkeşlərimizi məmnun etmək, kuboklar qazanmaq üçün mübarizə aparacağıq”.

“Neftçi” futbolçusu Mamadu Kaneni Yunanıstanın “Olimpiakos” klubuna satıb. Klublar arasında razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında “Neftçi”nin heyətində çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button