“Neftçi”dən çətin qələbə, “Araz”dan darmadağın

Bu gün futzal üzrə Yüksək Liqada 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “Olimpik Star”da 4 qarşılaşma baş tutub.

İlk oyunda iddialı EKOL son pillədə qərarlaşan “Yasamal” İSK ilə qarşılaşıb. “Yaşıllar” matçın taleyini birinci hissədə həll edib və fasiləyə 4 top fərqi ilə yollanıb. İkinci hissədə isə komandalar hərəyə 4 qol vurub. Yekunda 3 xal qazanan EKOL xal ehtiyatını 9-a çatdırıb.

“Neftçi” isə qələbələri sıralayır. Hacıbala Abdullazadənin yetirmələri bu dəfə debütant “Record club”u üstələyib. Düzdü, əsasını legionerlər təşkil edən debütant müqavimət göstəməyə çalışıb, amma məğlubiyyətdən qaçmaq mümkün olmayıb.

Debütantların duelində “Bakı” əksər hallarda hesabda önə keçən tərəf olsa da, Quba futzalçıları istədiyi nəticəni qazana bilib. Firudin Ağalarov dubl etməklə aktivindəki qolların sayını 10-a çatdırıb.

Gələn həftə Çempionlar Liqasında iştirak edəcək “Araz” üçün “Xızı Futzal”la oyun ciddi məşq təsiri bağışlayıb.

Qeyd edək ki, 4-cü turun “Marafon” – “Baku Fire” oyunu birincilərin müraciəti əsasında təxirə salınıb.

Yüksək Liqa, 4-cü tur

4 oktyabr

Yasamal İSK – EKOL 5:9
Qol
: Kamran Nəcəfzadə, 16:26; Vüsal Səfərov, 20:32; Elgün Abbaslı, 32:42, 34:30, 36:35 – Talebmohammad Arabpour, 02:23; Namiq Məmmədkərimov, 02:51, 38:19; Fərid Ələkbərov, 04:03, 10:22; Mehdi Pənahande, 07:46, 21:34; Fərid Atakişiyev, 25:37; Faiq Əliyev, 27:27.
Hakimlər: Ramil Namazov, Azad Hüseynov, Hacıəli Ağayev.

Record club – Neftçi İK 4:6
Qol
: Sina Jamali, 07:25, 23:48, 32:24, 38:43 – Oqtay Rüstəmli, 06:08; Amir Ashtiyani, 10:38 (ö/q); Rüfət Balakişiyev, 12:34; Əjdər Əjdərov, 15:52; Emil Həsənzadə, 23:10; Tofiq Hüseynov, 26:04.
Hakimlər: Azər Əsgərov, Ramiz Məhərrəmov, Nahid Xasıyev

Bakı TFK – Premier (Quba) 2:3
Qol
: Tural Lətifov, 12:48; Taleh Ağayev, 21:18 – Firudin Ağalarov, 19:09, 28:13; Sabir Əlişan, 37:23
Hakimlər: Mehman Mahmudov, Anar Fərəcov, Vüsal Balaşov

Araz – Xızı Futzal 14:1
Qol
: Vahid Şafiei, 00:41; 18:58. Ramiz Çovdarov, 03:38; 12:46; 29:24. Xətai Bağırov, 08:34; 13:27; 15:29; 16:54; 23:46. Hadi Rezvan, 21:38; 39:14; Borges Souza Murilo, 24:43. Qurban Qurbanov, 28:04 – Mortuza Cahandost, 37:18.
Hakimlər: Əli Cəbrayılov, Rahin Heybətov, Fuad Həsənov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button