“Neftçi”dən ayrılan futbolçunun təqdimatında Azərbaycan bayrağına hörmətsizlik VİDEO

Futbol üzrə Azərbaycan millisinin və “Neftçi”nin müdafiəçisi Anton Krivotsyukun Polşanın “Visla” klubuna transfer olunduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, “Visla” Antonun təqdimat videosunu də təqdim edib.

Lakin təəssüf ki, təqdimat mərasimində uğrunda can verilən, qan tökülən Azərbaycan bayrağı, ardınca isə “Neftçi”nin loqosu çəkilmiş kağızlar yerə atılır. Videodan da göründüyü kimi, AFFA-nın bəh-bəhlə milliləşdirdiyi Anton bu tərbiyəsiz əmələ nəinki göz yumub, hətta qətiyyən narahat olmadan gülüb, poza verib. Təbii ki, illərdir Azərbaycan futbolunu məhvə sürükləyən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun milliləşdirdiyi bir futbolçudan bundan artığını gözləməyə dəyməz. Normal şərtlərdə AFFA və “Neftçi” dərhal məsələyə müdaxilə etməli və Krivotsyuk bir də Azərbaycan millisinə çağırılmamalıdır. Belə bir tərbiyəsizliyin, hörmətsizliyin cavabı məhz bu cür olmalıdır. Amma çətin ki, bunun şahidi olaq. Elə Məmmədovun kadrı olan Canni De Byazinin belə bir prinsipiallıq nümayiş etdirməsinə inam sıfıra bərabərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button