“Neftçi”də 5 ayrılıq

“Neftçi” klubu məşqçilər korpusuna daxil olan köməkçi məşqçilərlə yolları ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov, qapıçılar üzrə məşqçi Etibar Tarıverdiyev və fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib. 

Etibar Tarıverdiyev 2018-ci ilin iyunundan, Seymur Rəhimov və Vəfadar Quliyev 2020-ci ilin noyabrından, Eduardo Karo 2021-ci ilin yanvarından, Mübariz Orucov isə 2021-ci ilin iyunundan “Neftçi”də çalışırdı.

Daha əvvəl “Neftçi” baş məşqçi Samir Abasovla da müqavilənin uzadılmamasına qərar verib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button