“Neftçi”də 2 yeni oyunçu

Təlim-məşq toplanışına start verən “Neftçi” məşqlərini gündə iki dəfə olmaqla davam etdirir.

Komanda.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Hacıbala Abdullazadə səhər fiziki, axşam isə toplu çalışmalara yer verir.

Yanvarın 20-dək bu cür davam edəcək paytaxt təmsilçisinin heyətindən ayrılan olmasa da, düşərgədə baxışda olan futzalçılar var. “Araz”dan ayrılan Elşən İbramxəlilov və Adəm Həbibov Abdullazadənin etimadını qazanmağa çalışır.

Legionerlərlə bağlı məsələ isə açıq qalıb. Belə ki, baş məşqçi xidmətində maraqlı olduğu əcnəbilər komandaya qoşulmayanadək ad açıqlamaq istəmir.

İlk iki dövrədən sonra aktivində 27 xal olan və üçüncü pillədə yer alan “Neftçi”ni lider EKOL-dan 2 xal ayırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button